Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda usta maşını oğurlayıb ağlagəlməz üsula əl atdı - VİDEO

Tarix: 20-10-2018 23:30     Baxış: 4188 A- / A+
Bakıda usta maşını oğurlayıb ağlagəlməz üsula əl atdı - VİDEO


Bakıda usta təmir üçün ona təhvil verilən avtomobili oğurlayıb. Polis həmin şəxsi hadisədən 15 gündən sonra saxlayıb. Avtomobil sahibinin sözlərinə görə, usta maşının bir neçə detalını sökərək satıb.


Avtomobilini ustaya təmirə verən şəxsə 11 min manatdan çox zərər dəyib.

Hadisə şəhər sakini Çingiz Feyzullayevin başına gəlib. Zərərçəkmişin sözlərinə görə, ''mersedes'' markalı avtomobilini bu ilin sentyabr ayının 28-də yaşadığı Nəsimi rayonu ərazisində əvvəldən tanıdığı Rövşən Şahnəzərov adlı ustaya təmirə verib. Ustagörüləsi işin çox olduğunu deyərək avtomobilin təmir yerində qalmasını məsləhət görüb.

Avtomobilin usta tərəfindən qaçrıldığını görən Çingiz Feyzullayev əlacsız qalıb ''102'' xidmətinə məlumat verib. Daha sonra o, 19-cu polis şöbəsinə gedərək əraziə ilə müraciət edib. Polisin əməliyyat-axtarış tədbirləri ilə hadisədən 15 gün sonra usta Rövşən Şahnəzərov qaçırdığı ''10-RP-764'' dövlət nömrə nişanlı avtomobillə ''Şamaxinka'' kimi tanınaərazidə polis tərəfindən saxlanılıb. Zərərçəkən iddia edir ki, usta avtomobilin bir neçə detalını sökərək satıb.

Hadisə ilə əlaqədar Nəsimi rayon polis idarəsinən verilən məlumata görə, Rövşən Şahnəzərov barəsində cinayət işi başlanıb, hətta məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri də seçilib istintaq gedir. Zərərçəkmiş Çingiz Feyzullayev deyir ki, ona təxminən 11 min manat zərər dəyib.

Zərərçəkmiş Çingiz Feyzullayev onu da bildirdi ki, usta Rövşən Şahnəzərov tək ona yox, digər vətəndaşların da avtomobilini oğurlayaraq hissələrə bölüb satıb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar