Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda qaçırılan azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina edib

Tarix: 19-10-2018 22:27     Baxış: 2218 A- / A+
Gürcüstanda qaçırılan azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina edib


Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində qaçırılan 17 yaşlı azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina edib.


Manevr.az "report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yeniyetmə qız psixoloq, vəkil və ombudsman aparatının nümayəndəsinin iştirakı ilə sorğu-sual olunub. Qız onu qaçırdan şəxsin həmkəndlisi olduğunu qeyd edərək, öz istəyi ilə qaçırıldığını bildirib.

Yeniyetmənin sözlərinə görə, valideynləri onun həmin şəxslə ailə həyatı qurmağına qarşı olub. Qız qaçırılmağına razı olduğuna görə valideynlərindən psixoloji və fiziki təzyiqə məruz qala biləcəyini deyib. Buna görə də o, polis tərəfindən xüsusi sığınacağa yerləşdirilib.

Qeyd edək ki, 17 yaşlı H.M. adlı qız oktyabrın 12-də Ləmbəli kəndində yaşadığı evdən qaçırılıb. Polis yeniyetməni oktyabrın 18-də Marneuli rayonunun Candar kəndində aşkar edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar