Xəbər lenti
Parkda birlikdə araq içdilər, sonu ölümlə bitdi
Birlikdə spirtli içki içdiyi adamı xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən, 1987-ci il təvəllüdlü Abbasov Xəyal Xudaverdi oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Sumqayıtda baş verib. 31 yaşlı Xəyal Emin Nuriyevlə parkda 1 litr araq, daha sonra da aptekdən aldıqları 0,5 litr etil spirti içiblər. Hər ikisi sərxoş vəziyyətdə olub. Mübahisə edəndə onların yanına Post Patrul Xidmətinin əməkdaşları gəlib. Onlara ictimai asayişi pozduqlarına görə xəbərdarlıq edib. Xəyal polisdən xahiş edib ki, Emin sakitləşdirdikdən sonra oradan uzaqlaşacaqlar. Polis əməkdaşları getdikdən sonra Xəyal Eminin yaxasından tutub sürüyərək yolun əks tərəfinə gətirib. İttihamda göstərilir ki, Emin Xəyalı söyüb. Xəyal yemək yeyərkən istifadə etdikləri mətbəx bıçağı ilə Eminə 8 bıçaq zərbəsi endirib. Emin aldığı sərvətlərdən hadisə yerində ölüb. Xəyal Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.open.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar