Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cinsi əlaqə üçün evə oğlan çağırdı, HƏYATININ ŞOKUNU YAŞATDI/AZƏRBAYCANDA

Tarix: 19-10-2018 11:32     Baxış: 3200 A- / A+
Cinsi əlaqə üçün evə oğlan çağırdı, HƏYATININ ŞOKUNU YAŞATDI/AZƏRBAYCANDA


Şirvanda polis vətəndaşa qarşı dələduzluq edərək 4500 manat pulunu mənimsəyən dəstə üzvlərini saxlayıb.

Hacıqabul rayon sakini Şahmar Əhmədov oktyabrın 16-da Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir neçə gün əvvəl şəhər ərazisində ona məxsus 4500 manat pulun talanmasını bildirib.

Keçrilən istintaq əməliyyat tədbirlərilə hadisənin Şirvan şəhər sakinləri Elmir Əmirov, Orxan Əliyev, Elvin Quliyev, Səbuhi Qasımov və Sabirabad rayon sakini Simuzər Zeynalova tərəfindən törədildiyi müəyyən edilib.

Sabirabad rayon sakini Simuzər Zeynalova vətəndaş Şahmar Əhmədovun pulunu ələ keçirmək məqsədi ilə, onu kirayədə yaşadığı ünvana intim münasibət üçün dəvət edib və Şahmar Əhmədov hamam otağında olarkən Simuzər Zeynalova Şahmar Əhmədova məxsus 4500 manat pulu ələ keçirib.

Bundan sonra o, qurupun digər üzvlərinə məlumat verib.
Sonra Orxan Əliyev və Elvin Quliyev ev sahibi qismində mənzilə daxil olaraq, evdə qeyri-etik hərəkətlərin olmasını əsas gətirərək Simuzər Zeynalovanın evdən qaçmasına şərait yaradıblar.

Saxlanılan Simuzər Zeynalovanın törətdikləri cinayətlərini etiraf etməsi barədə video yayıb.

"Mənə dedilər ki, belə bir adam var, onunla görüşməlisən. Mən də dedim ki, mən heç kimlə görüşmürəm, ancaq "fırlayıram". Bu məqsədlə Şahmar Əhmədovu evə apardım.

Sonra o hamama gedəndə, pulunu götürdüm. Sonra Emilə zəng vurdum ki, bu oğlanı evdən çıxartmaq lazımdır. Emil və Orxan gəldilər. Orxan Şahmara bir şillə vurdular. Sonra evdə "heys-beys" etdilər. Mən də evdən qaçdım", - deyə Simuzər Zeynalova bildirib.

Saxlanılan dəstə üzvləri əməllərini etiraf edərək əldə olunan məbləğin dəstə üzvləri arasına bölündüyünü bildiriblər.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.\baku.ws


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar