Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Maşınını “moyka”ya qoydu, qayıdanda yerində tapmadı - Təfərrüat

Tarix: 19-10-2018 07:22     Baxış: 3233 A- / A+
Maşınını “moyka”ya qoydu, qayıdanda yerində tapmadı - Təfərrüat


Bakıda taksi sürücüsünün avtomobilini avtoyuma məntəqəsindən qaçırıblar.


Manevr.az
-ın xezerxeber.az-istinadən məlumatına görə, Bakı şəhər sakini, taksi sürücüsü Rəşad Əlizadə iddia edir ki, bir neçə gün əvvəl axşam saat 21:00 radələrində yaşadığı Binəqədi rayonu Mir Cəlal küçəsində 24 saat fəaliyyət göstərən avtoyuma məntəqəsinə maşınını qoyaraq evə gedib. Bir müddət sonra o, avtomobilini götürməyə gəldikdə maşını avtoyuma məntəqəsində görməyib.

15 dəqiqə keçdikdən sonra Rəşad Əlizadə yenidən avtoyuma məntəqəsinin işçisi Ceyhun Məmmədova zəng vurub. Ona zəng çatmadığı üçün sürücü məcbur qalıb '"102” xidmətinə avtomobilin qaçırılması ilə bağlı məlumat verib. Bir az sonra C. Məmmədov avtomobilsiz Rəşad Əlizadənin yanına gəlib.
Hadisə yerinə ərazi üzrə Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları gəlib. Hər iki şəxsi bölməyə aparıblar. Polis isə avtomobili cərimə meydançasında aşkar edib. Araşdırma zamanı məlum olub ki, Ceyhun Məmmədov avtomobili sərxoş idarə etdiyi üçün yol polisi ona 500 manat məbləğində cərimə yazıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon polis idarəsinin istintaq şöbəsindən isə bildiriblər ki, belə bir hadisə olub və hazırda fakt araşdırılır.


Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar