Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı qız Moskvada faciəvi şəkildə öldü - 10 yaşı vardı

Tarix: 18-10-2018 23:43     Baxış: 2237 A- / A+
Azərbaycanlı qız Moskvada faciəvi şəkildə öldü - 10 yaşı vardı


Moskvanın cənub-qərbində kirayə qalan azərbaycanlıların ailəsində faciə baş verib.


Manevr.az oxu.az-a istinadla xəbər verir ki, ailənin 10 yaşlı üzvü səhər yeməyi zamanı boğulub .

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası azyaşlının həyatını xilas edə bilməyib.

Nəşr yazır ki, Zülfiyyə (ad şərtidir) ailənin ikinci övladı olub və epilepsiyadan əziyyət çəkib. Üç yaşına qədər xəstəlik azyaşlının həyatına ciddi təsir etməyib. Lakin Zülfiyyənin anasının da dayə işlədiyi uşaq bağçasına gedən zaman ilk bədbəxt hadisə baş verib. Epilepsiya tutması zamanı azyaşlı yerə yıxılıb və onurğa sütununu zədələyib. Bundan sonra Zülfiyyə birinci qrup əlili olub. Azyaşlı sərbəst gəzə bilməyib, həmçinin danışmaqda və hətta yemək yeməkdə çətinlik çəkib.

Oktyabrın 18-də ailə səhər yeməyinə yığışmışdı. Ana 10 yaşlı qızına yemək yedizdirirdi. Bu zaman xırda ət tikələrindən biri Zülfiyyənin boğazında qalıb. Azyaşlı boğulmağa başlayıb. Ailə təcili tibbi yardıma zəng vurub, köməyə qonşular da gəlib. Lakin bütün səylərə baxmayaraq Zülfiyyənin həyatını xilas etmək mümkün olmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar