Xəbər lenti
Sumqayıtda insanları aldadıb külli miqdarda pul aldılar
Sumqayıtda dələduzluqla məşğul olan şəxs tutulub.
Manevr.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər cari ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalarla həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olduğu və onun cari ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha 4 nəfəri aldadaraq ümumilikdə 18.600 manat pullarını aldığı da məyyən edilib.
C.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























