Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Oğlandan sevgilisinə qarşı BİABIRÇI HƏRƏKƏT: hamının gözü qarşısında...

Tarix: 15-10-2018 11:28     Baxış: 3728 A- / A+
Oğlandan sevgilisinə qarşı BİABIRÇI HƏRƏKƏT: hamının gözü qarşısında...


Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Manevr.azpublika.az-a istinadən xəbər verir ki, Suraxanı rayonunda qeydiyyatda olan 31 yaşlı Aytən Nurullayeva (ad şərtidir) Binə Ticarət Mərkəzində qeyri-rəsmi nikahda yaşadığı 1992-ci il təvəllüdlü Rüstəmov Xəzər Yaşar oğlu tərəfindən insanların gözü qarşısında döyüldüyünü bildirib.

Şikayətçinin sözlərinə görə, təxminnə 3 ay əvvəl iş yoldaşı olan qadının oğlu Xəzər Rüstəmovla tanış olub və aralarında isti münasibətlər yaranıb. Bundan sonra həmin şəxs A.Nurullayevanın etibarından sui-istifadə edərək ona məxsus "Mercedes A 160" markalı avtomobili satdıraraq öz adına "Hyundai Accent" markalı başqa avtomobil aldırıb. A.Nurullayeva qeyd edib: "Xəzərin anası mənə elə yaxşı münasibət göstərirdi ki, sonradan başa düşdüm ki, onlar dələduzluqla məşğuldurlar. Mənim maşınımı satdırdılar. Təzə avtomobil alarkən Xəzərin rayon qeydiyyatında olduğu və zamin dura bilməyəcəyi üzə çıxdı. Məni inandırıb təzə maşını onun adına qeydiyyata saldırdılar. Lakin bir müddət sonra o, mənim pulumla alınan və mənə məxsus olan avtomobili qaçırdı. Ticarət mərkəzində ondan maşınımı tələb etdikdə məni vəhşicəsinə döydü, daha sonra ikinci mərtəbənin pilləkənindən yerə atdı. Həmin vaxt ağır xəsarətlər aldım".

Qeyri-rəsmi nikahda yaşadığı şəxsin əməllərindən şikayətçi olan qadın bildirib ki, onun xəsarətləri ilə bağlı ekspertiza təyin edilib və rəy verilib. Lakin geridə qalan müddətdə Xəzər Rüstəmov məsuliyyətə cəlb edilməyib, həmçinin dələduzluq yolu ilə ələ keçirdiyi avtomobil geri qaytarılmayıb.

Zorakılıla qarşılaşmış qadının şikayəti üzrə 10-cu Polis Bölməsində araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar