Xəbər lenti
Bakıda film kimi cinayət - evə maskalı baskın

Qaradağ rayonunda maskalı şəxslər evə basqın ediblər.
"Report"un verdiyi xəbərinə görə, hadisə Lökbatan qəsəbəsi, ev 1 ünvanında baş verib.
Belə ki, hasardan aşan 3 nəfər maskalı şəxs evə daxil olub. Onlar 1976-cı il təvəllüdlü Bəxtiyar Salmanovun, atası 1947-ci il təvəllüdlü Həsənxan Salmanovun və anası Səməndəri Salmanovanın əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayıblar. Naməlum şəxslər daha sonra onlara bıçaqla xəsarət yetirərək yataq otağından 2 min 400 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları və iki ədəd mobil telefonu götürərək hadisə yerindən qaçıblar.
Basqına məruz qalan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları faktla bağlı əməliyyat-axtarış işlərini davam etdirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































