Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

DİBÇƏKDƏ MÖCÜZƏ

Tarix: 14-10-2018 12:12     Baxış: 2560 A- / A+
DİBÇƏKDƏ MÖCÜZƏ

Adi həvəs möcüzəyə səbəb oldu
Manevr.az xəbər verir ki, Sumqayıt sakini Nəzakət Süleymanova ötən ilin yayında dibçək güllərinə olan sevgi və həvəsindən irəli gələn maraqla kiçik bir dibçəyə pomidor , eləcə də bibər tumu basdırıb. Nəticənin necə olacağının fərqinə varmadan digər bitkilər kimi həmin dibçəyə də gündəlik qulluq edib. Bir müddət sonra cücərib boy atan bitkinin kiçik dibçəyə sığmadığını görüb onu bir qədər böyük dibçəyə köçürüb. Böyüdükcə bibər ştilinə bənzəyən bitki bar verməsə də günbəgün inkişaf edib. Müəyyən səbəbdən bir neçə gün evdə olmayan xanım dönərkən bitkinin susuzluqdan büzüşdüyünü görüb. Pis halda olan bitkinin daha əmələ gəlməyəcəyini düşünən ev sahibi əvvəlcə onu atmaq istəyib. Sonra su verib və gözləməyə başlayıb. Tədricən bitkinin yenidən canlanığını görən xanım ona daha da qulluq göstərməyə başlayıb. Bu ilin yazında, daha dəqiq desək may ayında bitkinin çiçək tökdüyünü görüb. Bitki sürətlə inkişaf etməyə başlayıb. Bibər kimi bəslənilən bitkinin barı təəccüblə qarşılanıb. Bibər kolunda pomidor yetişmişdi. Nəzakət xanımın dediyinə görə formaca pomidora oxşayan bitkinin iç quruluşu və dadı eynən bibərdə olduğu kimidir. İlkin barı 5 ədəd pomidor olan bitki yenidən bar verəcək. Belə ki, bitkinin üstündə yenicə yaşıllanmağa başlayan pomidorlar görünür. Dibçəkdə yetişmiş möcüzə ilə siz də tanış olun.

Sevinc Qərib
DİBÇƏKDƏ MÖCÜZƏ


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar