Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda manyak-oğru tutuldu - O, 100-ə yaxın mənzildən necə oğurluq edib?

Tarix: 12-10-2018 15:13     Baxış: 2321 A- / A+
Bakıda manyak-oğru tutuldu - O, 100-ə yaxın mənzildən necə oğurluq edib?


Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluqlar edən paytaxt sakini Zaur Süleykin saxlanılıb.

Verilən məlumata görə, araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib. Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlələ onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.Qeyd edək ki, Z. Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar