Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkədə tanış olduğu evli qadını intim fotoları ilə şantaj etdi, 4 min dollar aldı

Tarix: 08-10-2018 13:55     Baxış: 3240 A- / A+
Sosial şəbəkədə tanış olduğu evli qadını intim fotoları ilə şantaj etdi, 4 min dollar aldı


Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Manevr.az "ölkə.az"-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, A.Əzizov tanışı olan Quluzadə Fizzə Məmmədağa qızını şantaj edərək pul tələb edib.

O, F.Quluzadə ilə sosial şəbəkədə tanış olub. Daha sonra aralarında isti münasibəti yaranan şəxslər bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir müddət keçəndən sonra A.Əzizov F.Quluzadəni şantaj edib. Onu intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib.
A.Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min ABŞ dollar pul tələb edib və alıb.
Daha sonra F.Quluzadə hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı A.Əzizov həbs edilib.
Məhkəmədə elan olunmuş ittiham üzrə A.Əzizov özünü təqsirli bildiyini deyib.

Məhkəmənin qərarı ilə prosesin davamı qapalı keçirilib.

Qapalı keçirilən iclasda zərərçəkmiş də dindirilib. Evli, iki uşaq anası olduğunu bildirən qadın həyat yoldaşı ilə boşanmaq üzrə olduğunu söyləyib. O, təqsirləndirilən şəxsin cəzalanmasını, lakin dəymiş zərəri tələb etmədiyini qeyd edib.

Xatırladaq ki, A.Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi) maddəsi ilə ittiham irəli sürülüb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar