Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Səni tank əkib, BTR doğub?” sözlərinə görə qan tökülüb – Təfərrüat

Tarix: 06-10-2018 20:05     Baxış: 3218 A- / A+
“Səni tank əkib, BTR doğub?” sözlərinə görə qan tökülüb – Təfərrüat


İş yoldaşını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Ofisiant işləyən şəxs iş yoldaşının sözünə qəzəblənib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və soyuq silah gəzdirməkdə ittiham edilən 1995-ci il təvəllüdlü Əliyev Emil Məhəmmədəli oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Emil Əliyev Xaçmazda istirahət mərkəzlərindən birində ofisiant işləyərkən Sahil Mustafayev adlı şəxslə mübahisə edib. Mübahisə zamanı Emil Əliyev Sahilin dediyi sözə qəzəblənib.

Aralarında yaranmış mübahisədən sonra istirahət mərkəzinin rəhbərliyi Emili işdən çıxardıb. İşini itirmək Emili daha da qəzəbləndirib və cibində olan bıçaqla Sahilin bədən nahiyyəsinə zərbə endirib.

Emil Əliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-cü (qəsdən sağlamlığa ağır zərər vurma) 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Emil özünü təqsirli bilib, deyib ki, əməlindən peşmandır.

İlk dəfədir cinayət əməli törədən Emil sərbəst ifadəsində deyib ki, yeni başladığı işdə Sahilə mübahisə etmələrinə səbəb xoşagəlməz söz olub.

Emil Əliyev bildirib ki, hadisə baş verən gün müştəri çox olub: “İşə yeni başlamışdım. Həmin gün də müştəri çox idi. Mətbəx tərəfdə oturanda Sahil gəldi. Mənə dedi ki, yorulmusan? Mən yorulmadığımı dedim. Qayıtdı ki, səni tank əkib, BTR doğub? Bu sözə görə çox əsəbiləşdim. Mübahisə elədik. Orada olanlar bizi sakitləşdirdi. Bir az keçəndən sonra Sahillə yenə rastlaşdıq. Mənə iş tapşırdı. Mən də eləmədim. Çünki hələ də ona qəzəbli idim. O da gedib administratora məndən şikayət elədi. Sonra da buna görə mübahisə elədik”.

Emil Əliyev qeyd edib ki, sonuncu mübahisədən sonra onu işdən çıxarıblar: “Mən mühasibatlığa getdim. İşdən çıxandan sonra Sahili gözlədim. Ondan məndən niyə şikayət etdiyini soruşdum. Söyüş söyəndə də vurdum”.

Üzərində niyə bıçaq gəzdirməsi ilə bağlı suala cavab verən Emil deyib ki, kənd yeri olduğundan, işdən gec çıxdığından yolda özünü vəhşi heyvanlardan qorumaq istəyirmiş: “Gecə yolda adamın qabağına hər cür heyvan çıxır. Məqsədim də sırf bu olub. Bıçaqdan başqa məqsədlə heç vaxt istifadə etməmişəm”.

Məhkəmədə zərərçəkmiş qismində iştirak edən Sahil Mustafayev də dindirilib. Sahil də hadisənin baş vermə səbəbini Emilin danışdığı ardıcıllıqla danışıb. Sahil əvvəlcə bildirib ki, hadisə baş verən istirahət mərkəzində baş ofisiant işləyib. İndi isə səhhətində yaranan problemə görə işsizdir.

Daha sonra Sahil bu cinayətə səbəb olan “səni tank əkib, BTR doğub ki, yorulmayasan?” sözlərinə izahat verib.

O deyib ki, həmin sözü deyərkən pis niyyəti olmayıb: “Bu sözü bizim kənddə çox istifadə edirlər. Pis mənada deməmişəm. Yəni, demək istəmişəm ki, sən də insansan, səni də ana doğub, işləmisənsə, yorula bilərsən. Mən bunu pis başa düşəcəyini ağlıma gətirməmişdim. Həmin vaxt mübahisə elədik. Bir az keçəndən sonra mən Emillə rastlaşdım. Ondan işlərə kömək etməsini istədim. Amma dedi ki, eləmirəm. Mən də bu barədə administratora məlumat verdim. Emil işdən çıxarılanda restoranın həyətində dayanmışdı. Mən də fikirləşdim ki, uşaqlarla sağollaşır. Mən restoranın arxa qapısına yaxınlaşanda Emil ora gəldi. Mənə dedi ki, niyə administratora şikayət etmisən? Yenə mübahisə elədik. Birdən hiss etdim ki, böyrümdən nəsə sancdı. Baxdım ki, şalvarım və ayaqqabım qan olub. Bir az keçmişdi ki, gözlərim qaraldı. Sonra gözümü açanda xəstəxanada idim”.

9 gün xəstəxanada yatdığını deyən Sahil şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə edildiyini söyləyib. Əlavə edib ki, xəstəxanada olarkən Emilin ailə üzvləri onu ziyarətə gəlib.
Məhkəmə iclası oktyabrın 9-da davam etdiriləcək. /minval.info/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar