Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

34 yaşlı azərbaycanlı Rusiyada dəhşətli şəkildə qətlə yetirildi

Tarix: 06-10-2018 19:20     Baxış: 3146 A- / A+
34 yaşlı azərbaycanlı Rusiyada dəhşətli şəkildə qətlə yetirildi


Rusiyada iki il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub.

Manevr.az xəbər verir ki, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlu 2016-cı ilin aprelin 23-də Rusiyanın İrkutsk şəhərində itkin düşüb.

Belə ki, 32 yaşlı azərbaycanlı evdən çıxaraq işlədiyi İrkutsk şəhərinin mərkəzi bazarına gedib və bir daha geri qayıtmyıb. Bir müddət əvvəl Rusiyanın hüquq-mühafizə orqanlarına Ramal Əliyevin digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi barədə məlumat daxil olub.

Mərhumun atasının bildirdiyinə görə, oğlu İrkutsk şəhərində yerləşən mənzillərdən birində görüşəcəyi şəxs tərəfindən baş nahiyəsindən çəkiclə vurularaq qətlə yetirilib. Daha sonra meyit evdən çıxarılaraq şəhər kənarında qarın altında gizlədilib. DNK analizi nəticəsində tapılan meyitin Ramal Əliyevə məxsus olduğu aydınlaşıb.

Qətli törədən şəxs həbs olunub.

R.Əliyevin meyiti Azərbaycana gətirilib və Sabirabad rayonunun Minbaşı kəndində dəfn olunacaq.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./report/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar