Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ayını kəsib, balasını diri apararkən ovçular yaxalandı - ŞƏKİDƏ

Tarix: 30-10-2016 09:31     Baxış: 4431 A- / A+
 Ayını kəsib, balasını diri apararkən ovçular yaxalandı


Şəki rayonu ərazisində ayı ovlayan 7 nəfər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, 29 oktyabr 2016-cı il tarixində ETSN-in Balakən-Zaqatala-Qax-Şəki inzibati rayonlarını əhatə edən 9 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.

Nazirliyin əməkdaşları siqnal əsasında operativ reyd həyata keçiriblər. Reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən "Ural" markalı "AQS 95-85" dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı üzərilərində 7 ov tüfəngi olan 7 nəfər şəxs, bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir baş diri ayı balası aşkar edilib.

İlkin araşdırmalar zamanı ov edən şəxslərin Şəki rayonu, Şin kənd sakinləri olduqları müəyyən edilib. Həmin ərazi sərhəd zonası oldu üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə araşdırma və sənədləşmə aparılır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək.

Avtomobildə aşkar edilən tüfənglər və ov qənimətləri maddi sübut kimi Şəki rayon Polis şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar