Xəbər lenti
Ata 4 yaşındakı qızını döyərək ödürdü
Ata 4 yaşlı qızının canına qıydı.
Manevr.az xəbər verir ki, hadisə Tambov bölgəsində baş verib. Yemək yedikdən sonra ata 4 yaşlı qızına yerə tökülən qırıntıları təmizləməsini söyləyib. Kiçik qız deyilənə əməl etmədiyinə görə qəddar ata onu döyməyə başlayıb. Əlində olan kiçik su şüşəsiylə dəfələrlə qızının başına zərbələr endirib. Bir müddət sonra qəzəblənmiş ata zərbələrə ara verib.Yaşanan gərginlikdən sonra qızın anası körpəni yatızdırıb. Səhər açılanda isə uşağın yataqda öldüyü məlum olub. Hadisədən sonra uşağın valideynləri polis tərəfindən nəzarətə alınıb. Tibbi araşdırmalar zamanı məlum olub ki, vurulan zərbələrdən uşağın başında şiş əmələ gəlib. Bunun nəticəsində onun beyninə qan sızıb.Bu səbəbdən körpə həyatını itirib.
Günahını etiraf edən ata polis tərəfindən ilkin ifadəsi alındıqdan sonra həbsxanaya sövq edilib. 29 yaşlı cani ataya 18 il həbs cəzası verilib. İstintaq araşdırmaları zamanı adamın əvvəllər də narkotik istifadəçisi və alverçisi cinayəti ilə həbsə alındığı məlum olub.(trhaberlər)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar