Xəbər lenti
Bakıda evləri qarət edən dəstə zərərsizləşdirildi – ƏMƏLİYYAT
Bakının Nizami rayonunda evləri qarət edən dəstə zərərisləşdirilib.
Manevr.az xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 26-dək paytaxtda 5 nəfərə məxsus evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuşlar Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramov tutulublar.
Rəşad Eminovdan 8,381 qram, Orxan Nağıyevdən 8,164 qram, Nazir İsmayılovdan isə 10,985 qram tiryək götürülüb.
Onların oktyabrın 28-də Bakı şəhər sakini Əjdər Əliyevin evindən geyim və məişət əşyaları oğurladıqlarını da müəyyən edilib.
Nazir İsmayılovun ətrafında aparılmış tədbirlərlə onun Ağcabədi rayon sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurlaması, habelə Orxan Nağıyev və Heydər Bayramovla birgə Qazax rayon sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar