Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi zavoddakı yanğınla bağlı cinayət işi açıldı

Tarix: 28-09-2018 21:58     Baxış: 3158 A- / A+
Hərbi zavoddakı yanğınla bağlı cinayət işi açıldı

Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 28-də Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Müdafiə Sənayesi Nazirliyinin, şəhər polis şöbəsinin və şəhər prokurorluğunun əməkdaşları, həmçinin Nazirliyin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri və təxirəsalınmaz birgə tədbirlərin görülməsinə başlanılaraq yanğının genişlənməsinin qarşısı alınıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, zavodun istehsalat sahəsinə aid konteyner tipli sexində detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı yanğın baş verib, nəticədə zavodun işçiləri Xəlilov Vaqif Valeh oğlu və İsmayılov Sabit Əlisurət oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 223.1-ci (Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar