Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda oğul 78 yaşlı anasını zorladı: "İçki içəndə huşum başımdan çıxır"

Tarix: 28-09-2018 11:51     Baxış: 3265 A- / A+
Azərbaycanda oğul 78 yaşlı anasını zorladı: "İçki içəndə huşum başımdan çıxır"



Anasını zorlayan oğul Ali Məhkəməyə kasassiya şikayəti verib.

Manevr.az "ölkə.az"-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin zorlama və oğurluq maddəsi ilə məhkum olunan Telman Yusubov yaşlı anasını zorladığına görə həbs olunub.

Xatırladaq ki, 2017-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində anasını zorlamaqda və oğurluq etməkdə təqsirəndirilən 1971-ci il təvəllüdlü Telman Yusubov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2017-ci il mayın 23-də paytaxtın Binəqədi rayonunda baş verib.
Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Telman Yusubov evlərində anası, 1940-cı il təvəllüdlü Əsmər Yusubovaya işgəncə verərək, zorlayıb. Anası xəstə və qoca olduğu üçün ona müqavimət göstərə bilməyib və içkili olan T.Yusubov bundan istifadə edərək, anasını döyüb. O, anasına qarşı xüsusi amansızlıqla davranaraq başından dəfələrlə və şillə-yumruqla vurub, sifətində zədələr əmələ gətirib. Nəticədə Ə.Yusubovanın gözünə qan sızıb, beyni silkələnib.

T.Yusubov daha sonra 77 yaşlı anasını yerə yıxaraq, alt paltarını cırıb və lüt soyunduraraq, onu qeyri-təbbi yolla zorlayıb.
Telman Yusubov sexdən təkər oğurlamağa görə də ittiham edilir.
O, istintaqa ifadəsində deyib ki, psixi problemləri var və içki qəbul edəndə özündə olmur: "Uşaq vaxtından bəri 4 saylı ruhi əsəb poliklinikasında qeydiyyatdayam, orada da müalicə olunmuşam. Hazırda xəstəyəm, içki içəndə huşum başımdan çıxır, nə hərəkət etdiyimi bilmirəm. Anam ilə son vaxtlar münasibətlərimiz yaxşı deyil, tez-tez aramızda münaqişə olurdu. Həmin gün də qəsəbədə mağazadan araq alıb başıma çəkdim. Sərxoş olduğum üçün anama nə etdiyim, hansı səbəbdən etdiyim yadımda deyil. Mənim həm də yaddaş pozğunluğum var deyə konkret bir şey deyə bilmirəm. Xahiş edirəm, mənim ruhi əsəb xəstəliyindən müalicə olunmağıma kömək edəsiniz".

Təqsirləndirilən T.Yusubov qeyd edib ki, bundan öncə də dəfələrlə məhkum olunub. Belə ki, 1996-cı ildə 5 il azadlıqdan məhrum edilib. 2003-cü ildə narkotika görə 1 il 6 ay, 2009-cu ildə oğurluğa görə 4 il cəza alıb. 2013-cü ilin mayında azadlığa çıxıb, o vaxtdan da 202 saylı marşrut avtobusunda sürücü işləyib. Həmin müddətdə də Biləcəridə anası ilə tək yaşayıb.

T.Yusubov 2016-cı ildə Dağıstanda yaşayan Zəminə Yusubova ilə evlənib, qadın orada qaldığı üçün tez-tez Dərbəndə gedib-gəlib.
Ə.Yusubovanı kimin zorlaması onun gecə köynəyindən götürülən spermadan bilinib. Ekspertiza nəticəsində spermanın Ə.Yusubovanın oğluna məxsus olması müəyyənləşdirilib.

Zorlanmaya məruz qalan Əsmər Yusubova da əvvəllər məhkumluq həyatı yaşayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar