Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Oğlum "Hell"dən ölməyib, 40 gün sonra...Goranboyda ölən şagirdin atası danışdı

Tarix: 26-09-2018 17:17     Baxış: 3230 A- / A+
Oğlum "Hell"dən ölməyib, 40 gün sonra...Goranboyda ölən şagirdin atası danışdı


Goranboy rayonunda 8-ci sinif şagirdi Xəyal Qəhrəmanovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Manevr.az aznews.az-a istinadən xəbər verir ki, rayon sakinləriYeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə "Hell" enerji içkisinin səbəb olduğunu iddia edirlər: "Xəyal Qəhrəmanov idmana gedirdi. Onu yarışa girməzdən əvvəl "Hell" içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də vardı".

Yeni kənd orta məktəbindən AzNews.az-a bildirilib ki, Xəyal Qəhrəmanov xəstəxanada müalicə olunub: "Bir müddət xəstəxanada yatdı, tromb (Qan damarlarındaəmələ gələn qan laxtası) xəstəsi idi. Onun "Hell" içkisindən dünyasını dəyişməsi inandırıcı deyil. O qədər "Hell" içənlər var ki..."

Mərhumun atası Vaqif Qəhrəmanov da oğlunun ölümünün "Hell"lə heç bir əlaqəsinin olmadığını deyib: "Xəyal xəstə idi. Ayaqlarında tromb vardı. İdmana gedirdi. Güləşi, qaydasız döyüş idman növlərini sevirdi. Gələcəkdə idmançı olacaqdı. Amma xəstəlik imkan vermədi. Dəfələrlə müalicə olundu. 40 gün ölümlə mübarizə apardı. Həkimlər ayağa durmağa, gəzməyə icazə vermirdi. Əməliyyat olunmalıydı. Gah temperaturu yüksəlirdi, gah da qan durulurdu. Bir də baxdıq ki, Xəyal yoxdur. Belə olan halda "Hell" harada içdi? Analizin cavabı da evdədir".

Qeyd edək ki, X. Qəhrəmanov bir neçə gün əvvəl xəstəxanada ölüb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar