Xəbər lenti
Bakıya uçan təyyarədə bomba həyəcanı

Novosibirsk-Bakı aviareysinin sərnişini stüardessaların onu biznes sinfinə keçirməkdən imtina etmələrinə görə təyyarəni parlatmaqla hədələyib.
Manevr.az oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin Sibir Federal Dairəsi məlumat yayıb.
“Hadisə yerinə cəlb edilən polis əməkdaşları müəyyən ediblər ki, 51 yaşlı Krasnoyarsk sakini ekonom sinifdən biznes sinfə keçirilməsini tələb edib. Ekipaj üzvləri bu tələbi yerinə yetirməkdən imtina edib. Sərnişin isə cavabında təyyarəni partladacağı ilə hədələyib”, - məlumatda deyilir.
Sərnişinlər dərhal təxliyyə olunublar, təyyarədə axtarış aparılıb. Partlayıcı qurğu və maddə tapılmayıb. Təyyarə Bakıya istiqamətlənib.
Təyyarəni parlatmaqla hədələyən sərnişin saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































