Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda gecə saatlarında avtoxuliqanlıq edən sürücülər saxlanılıb

Tarix: 26-09-2018 12:08     Baxış: 3269 A- / A+
Bakıda gecə saatlarında avtoxuliqanlıq edən sürücülər saxlanılıb


Binəqədi rayonunda gecə saatlarında əhalinin dincliyini pozan, piyadalar üçün təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən bir qrup sürücü Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Verilən məlumata görə, onların bir neçəsi 6-cı mikrorayon, Cavadxan küçəsində yerləşən parkın, digərləri həmin əraziyə yaxın küçələrdə aşkarlanaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Saxlanılan "Porsche" və “Niva” markalı avtomobillərdən qadağan olunmuş səs siqnalları, kustar üsulla hazırlanan tünd pərdələr aşkarlanıb. Həmçinin "Niva" markalı avtomobillərin yük yerlərindən nəqliyyat vasitələrinin ön hissələrinin yuxarı qalxması üçün istifadə edilən qum kisələri də aşkar edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən sürücülər barəsində Binəqədi rayon DYPŞ-də toplanan meteriallar qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib.

Bundan əlavə, Binəqədi rayon ərazisində yükdaşıma qaydalarını pozan, istismar müddətini başa vurmuş, həmçinin yükləri açıq şəkildə təhlükəli vəziyyətdə daşıyan 20-ə yaxın yük maşını da cərimə meydançasına yerləşdirilib. Araşdırma zamanı yük maşınlarını idarə edən şəxslərdən birinin sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırıldığı da məlum olub.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər də aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb.

Binəqədi, eləcə də paytaxtın digər rayonlarında da analoji tədbirlər bundan sonra da davam etdiriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar