Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı ana və 2 oğlu öldü, gəlin komadadır - Dəhşətli qəza - VİDEO

Tarix: 25-09-2018 13:28     Baxış: 3307 A- / A+
Azərbaycanlı ana və 2 oğlu öldü, gəlin komadadır - Dəhşətli qəza - VİDEO



Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər.


Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb. Qəzaya səbəb "Mercedes-Benz” minik avtomobili ilə "Hyundai” markalı yük furqonu və "İveco” yük maşınının toqquşması olub.

Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları İradə Quliyeva İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır.

Qeyd edək ki, ailə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər.

Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub.

Rusiya mediası qəza yerindən çəkilən fotolar və video yayıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar