Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ərim evdə yoxdu, təkəm gəl”deyən qadının mesajı 14 yaşlı oğlunu qatil etdi...

Tarix: 25-09-2018 11:14     Baxış: 3699 A- / A+
“Ərim evdə yoxdu, təkəm gəl”deyən qadının mesajı 14 yaşlı oğlunu qatil etdi...



Türkiyənin Adana şəhərində 14 yaşlı uşaq anasının sevgilisini öldürüb.

Belə ki, hadisə sentyabrın 21-də baş verib. Ali Gənc adlı şəxs odlu silahla yaralanaraq xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib. Polisin araşdırması zamanı onu öldürməkdə şübhəli bilinən 14 yaşlı oğlan saxlanılıb. Daha sonra uşağın atası Ali Rza və anası Sultan Karaaslanyigitin ifadəsi alınıb. İlkin ifadələrində ana hadisədən xəbərsiz olduğunu, ata isə evdə yatarkən oğlunu əlində silahla çıxdığını, arxasınca qaçsa da, onu tuta bilmədiyini deyib.



Uşaq isə A.Gəncin motosikletinə minmək istədiyini, ancaq buna razı olmadığını, ona söyüş söydüyü deyib. Buna əsəbiləşən uşaq evdən silah götürərək onu vurduğunu bildirib.Ancaq bu ifadələrin heç birinə inanmayan polis evin yaxınlığında və hadisə baş verən yerdəki kameraları incələyib. Kamera görüntülərindən uşaq və valideynlərinin evdən birlikdə çıxdığı və bu zaman uşağın əlində silah olduğu görünür. Daha sonra hadisə yerindəki kameralarda A.Gənc motosikleti ilə keçərkən ana, ata və uşağın qaçdığı, atanın əli ilə uşağa adamı göstərdiyi yer alır.



Polis yenidən tərəflərin ifadələrinə baş vurub. Bu dəfə də onlar faktı inkar ediblər. Uşaq A.Gəncin anasına söz atdığını, anası onun oğluna təcavüz etdiyini, ata isə yenə də hadisədən xəbərsiz olduğunu deyib.

Polis qadının telefon yazışmalarını incələyib. Onun telefonunda A.Gəncə “ərim evdə yoxdu, təkəm gəl”, “istəsən taksi ilə mən gəlim”, - deyə mesajlar yazdığı, A.Gəncin isə “mən sənlə gələrəm”, - deyə cavabladığı məlum olub. Lakin əri bundan xəbər tutanda qadın A.Gəncin onu narahat etdiyini deyib. Bundan sonra ana və ata 14 yaşlı uşaqlarının A.Gənci öldürməsi barədə qərar verib. Hər üç şəxs saxlanılaraq həbsxanaya göndərilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar