Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qubada sabah açılışı planlaşdırılan məktəb kül oldu FOTO, VİDEO

Tarix: 20-09-2018 19:19     Baxış: 2303 A- / A+
Qubada sabah açılışı planlaşdırılan məktəb kül oldu FOTO, VİDEO


Açılışına hazırlıq görülən bina gecə yanıb

"Qubanın rayon mərkəzindən 77 km aralıda yerləşən Çarxaçu kəndində yeni inşa olunan modul tipli məktəbin yanması ilə bağlı istintaq aparılır. FHN-nin müvafiq idarəsi yanmış materiallardan nümunə götürərək ekspertizaya təqdim edib. Quba rayon prokurorluğu da araşdırma başlanılıb. Hər iki qurumun yekdil rəyindən sonra yanğının səbəbləri məlum olacaq."

Bu barədə hadisə yerindən Qubanın icra başçısı Ziyəddin Əliyev məlumat verib. Rayon rəhbəri bildirib ki, məsələ barədə təhsil nazirinin rəhbərliyi də məlumatlandırılıb. Ümid edirik ki, yanan məktəb yenidən inşa olunacaq. Hələlik araşdırma getdiyindən tam açıqlama verə bilmirik.

Qeyd edək ki, sentyabrın 21-də açılışı nəzərdə tutulan Çarxaçu kənd məktəbi gecə saat 3-də yanıb.

"Rayon mərkəzindən gələn FHN-nin 1 ədəd yanğınsöndürən avtomobili və canlı qüvvəsi bu uzaq dağ kəndinə çatanda məktəb tam kül olmuşdu və yanğınsöndürənlər yanan məktəbin bünövrəsini söndürməklə kifayətlənmişdilər. Çünki yanan bütün materiallar bünövrəyə tökülmüşdü." Bunu Quba icra başçısının Xaltan İƏD üzrə nümayəndəsi Akif Sültanov bildirib.

Görünür, çarxaçulu uşaqlar bu dərs ili də qəzalı binada dərs keçməli olacaqlar. Yeni binada sevinmək bu kəndin uşaqlarına hələ ki, qismət olmadı.


14:16

Qubada tikintisi başa çatmaqda olan modul tipli məktəb yanıb. İstiPress-in məlumatına görə, hadisə bu gecə Çarxaçu kəndindəki təhsil ocağında qeydə alınıb.

Gecə saatlarında istifadəyə verilməsinə hazırlıq görülən məktəb binasında hələlik bilinməyən səbəbdən yanğın başlayıb.

Quba rayon icra başçısının müavini Səidə Abbasovanın verdiyi məlumata görə, məktəbin sabah - sentyabrın 21-də açılışı olmalı idi. Ancaq bina tamamilə kül olub.

Ehtimala görə, 8 otaq 56 yerlik məktəbdə hadisəyə səbəb qısaqapanma olub. Quba rayon prokurorluğunda araşdırma başlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar