Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

İlyas İsmayılov oğlunun qətlindən danışdı: Qatilin oğluma...

Tarix: 20-09-2018 10:22     Baxış: 3328 A- / A+
İlyas İsmayılov oğlunun qətlindən danışdı: Qatilin oğluma...


Xəbər verdiyimiz kimi, dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır - Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamıdır.


Manevr.az xəbər verir ki, modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib.

"Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm".

İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib.


"Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub".

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar