Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçıb - Rəsmi

Tarix: 19-09-2018 12:06     Baxış: 2384 A- / A+
Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçıb - Rəsmi


2018-ci ilin birinci yarısında axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslər barədə statistika açıqlanıb.


2018-ci ilin birinci yarısınadək axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3490 nəfərdir. Onlardan 1882 nəfəri cari ilin birinci yarısında müəyyən edilənlərdir. 2018-ci ilin birinci yarısında axtarışda olanların sayı isə 1608 nəfər təşkil edib.

Hesabat dövründə cəzaçəkmə müəssisələrindən qaçanların sayı 17 nəfər olub. Bu ilin birinci yarısında qaçdığı müəyyən edilənlər 2 nəfərdir. Cəzaçəkmə müəssiələrindən qaçan və 2018-ci ilin birinci yarısında hələ də axtarışda olanların sayı 15 nəfərdir. Cari ilin birinci yarısında cəza çəkməkdən boyun qaçıranların sayı 21 nəfər təşkil edib.

Rəsmi məlumatlara görə, axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayından 14-17 yaşda olan uşaqlar cəmi 35 nəfərdir.

Törədilmiş cinayət növləri üzrə axtarışda olan şəxslərdən 35 nəfəri dövlət hakimiyyəti əleyhinə olan cinayətlər, 41 nəfəri banditizim, 88 nəfəri qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 7 nəfəri zorlama, 477 nəfəri oğurluq, 36 nəfəri soyğunçuluq, 51 nəfəri quldurluq, 965 nəfəri dələduzluq, 79 nəfəri mənimsəmə və israfetmə, 193 nəfəri xuliqanlıq, 21 nəfəri hərbi xidmətdən boyun qaçırma, 106 nəfəri hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən 57 nəfəri fərariliklə, 1391-i isə digər cinayətlərlə bağlı təqsirləndirilir.

Hesabat dövründə dövlət orqanlarından gizlənən aliment vermə işləri üzrə borclu və cavabdeh şəxslərin sayı 6413 nəfər təşkil edib.

İndiyədək itkin düşümüş şəxslərin sayı 619 nəfərdir ki, onlardan 83 nəfəri 18 yaşadək uşaqlardır/modern.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar