Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi O da özünü pəncərədən atdı

Tarix: 12-09-2018 15:11     Baxış: 3419 A- / A+
Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi



Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.


Manevr.az “xəzər xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayış binasında baş verib.

Məlumata görə, həmin binada yaşayan 27 yaşlı kişi evə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib. Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb.

Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib.

Faktı həmin binanın sakinləri də təsdiqləyiblər.

Sakinlərin sözlərinə görə, sözügedən qadın paytaxtdakı təmizlik şirkətlərindən birinin işçisi olub. Həmin ünvana da sifarişlə mənzili təmizləmək məqsədi ilə gəlib.

Qeyd edək ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar