Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qaçqınkomun qarşısında yolu kəsmək istədi, tutuldu

Tarix: 11-09-2018 18:53     Baxış: 2274 A- / A+
Qaçqınkomun qarşısında yolu kəsmək istədi, tutuldu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) sentyabrın 11-də vətəndaşların növbəti qəbulu keçirilərkən xoşagəlməz hadisə baş verib.


Komitənin Mətbuat xidmətindən verilən məlumata görə, qəbula gəlmiş Ağdam rayon sakini Ağayev Yaşar Bəkir oğlu məcburi köçkün kimi ona da mənzil verilməsi barədə tələbinin yerinə yetirilməməsini bəhanə gətirərək, idarə etdiyi “Mersedes” markalı avtomobillə Tibilisi prospektinin Dövlət Komitəsinin qarşısından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa cəhd göstərib. Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerində olan polis əməkdaşları və Dövlət Komitəsi işçiləri qayda pozuntusunun qarşısını almaq məqsədilə təcili tədbirlər görüb, avtomobili yolun hərəkət hissəsindən kənara çəkiblər.

Vətəndaş Ağayev Yaşar Bəkir oğlu yenidən Komitəyə dəvət olunub, ona mənzil tələbinin indiki mərhələdə həlli üçün qanuni əsasların olmadığı bir daha izah edilib.

Bundan sonra Y.Ağayev ictimai asayişin pozulmasına səbəb olan hərəkətə yol verdiyinə görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində mövcud qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar