Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ev sahibinin azyaşlı övladı oğru ilə əlbir oldu - Mənzildən 20 minlik qızıl oğurlandı

Tarix: 11-09-2018 11:52     Baxış: 3344 A- / A+
Azərbaycanda ev sahibinin azyaşlı övladı oğru ilə əlbir oldu - Mənzildən 20 minlik qızıl oğurlandı



Cəlilabad rayonunda evdən iki həftə müddətində qızıl əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən Manevr.az daxil olan məlumata görə, rayon sakini Arif İbişov rayon polis şöbəsinə müraciət edərək yaşadığı Göytəpə şəhərindəki evindən avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə 20.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Ş.Salmanova qeyd edilən cinayəti törətməkdə ev sahibinin azyaşlı oğlu yaxından köməklik göstərib. Belə ki, o, Ş.Salmanova evdə olmadıqları vaxtı və qızılların yerini söyləyib. Həmçinin istintaq zamanı müəyyən edilib ki, ev sahibinin oğlu hadisə günü mənzilin pəncərələrindən birini də qəsdən açıq saxlayaraq Ş.Salmaovun evə daxil olması üçün şərait yaradıb. Saxlanılan şəxs qızılları əldə edəndən sonra Bakı şəhərinə gətirərək satıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar