Xəbər lenti
Yaşlı qadın ərindən boşandıqdan sonra yenidən ərə getmək istəsə, iddə saxlamalıdırmı?
Ərindən boşanmış qadın ümumilikdə "talaq iddəsi" adlı müddəti gözləməlidir. Talaq iddəsi qadının talaq aldığı gündən etibarən iki dəfə heyz olub paklanmasına kimi davam edir. Yəni qadına talaq verildikdən sonra o, iki dəfə heyz olub paklanmalıdır, üçüncü dəfə heyz başladıqda iddə bitmiş olur və növbəti kəbin kəsilə bilər.
Manevr.az islam.az-a istinadən bildirir ki, amma yaşı çox olan qadınlar iddə müddətini gözləməkdən azaddırlar. Yaşlı qadın ona deyilir ki, artıq heyz halını yaşamır. Heyz olmaq qabiliyyətini birdəfəlik itirmiş qadın şəriətdə "yaisə" adlanır, yəni "heyzdən ümidsiz (məyus) olmuş qadın". Şəriət baxımından qadının hansı yaşda yaisə sayılması ziddiyyətli məsələdir. Bəzi alimlər seyyid qadınlar üçün 60, seyyid olmayan qadınlar üçün 50 yaş həddini əsas götürmüşlər (burada qəməri, yəni ay təqvimi ilə olan il götürülür). Bəzi müctəhidlər bütün qadınlar üçün 60, bəziləri isə bütün qadınlar üçün 50 yaş həddini qəbul etmişlər. Müctəhidlərin bir qismi isə seyyid qadınlar üçün 60 yaşı qəbul etməklə yanaşı, seyyid olmayan qadınların 50 il 60 yaş arasında da ehtiyata əməl etmələrini məsləhət görmüşlər. Məlum olan budur ki, qadın 60 yaşına (qəməri təqvimlə) çatdıqdan sonra mütləq olaraq yaisə sayılır və boşandığı halda iddə gözləməsi lazım deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar