Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dəhşətli qəza - Avtomobil körpüdən dərəyə düşdü

Tarix: 07-09-2018 11:13     Baxış: 3256 A- / A+
Azərbaycanda dəhşətli qəza - Avtomobil körpüdən dərəyə düşdü


Şəkidə avtomobil körpüdən dərəyə düşüb, üç nəfər xəsarət alıb.

Manevr.az məlumatına görə, hadisə sentyabrın 6-dan 7-nə gecə saat 04 radələrində Şəki-Qax avtomobil yolunda baş verib.

Şəki şəhər sakini 1986-cı il təvəllüdlü Asif Vahid oğlu Qurbanovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın ərazidən axan çayın üzərindəki rəmzi "İncə" körpüsündən dərəyə yuvarlanıb. Qəzadan sonra sürücü Asif Qurbanov və avtomobildə olan Şəki şəhər sakinləri – 1996-cı il təvəllüdlü Taleh Etibar oğlu Mahmudov və 1992-ci il təvəllüdlü Ceyhun Şirməmməd oğlu Beydiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Asif Qurbanov vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirlib. Yaralılardan Ceyhun Beydiyev cərrahiyə şöbəsinə yerləşdirlib, Taleh Mahmudovun vəziyyəti yüngül olduğundan ona xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar