Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

""Mercedes" sürürdü, dedim, yəqin pulu olar" - Taksi sürücüsünü bıçaqla hədələyib soydular

Tarix: 04-09-2018 14:06     Baxış: 3187 A- / A+
""Mercedes" sürürdü, dedim, yəqin pulu olar" - Taksi sürücüsünü bıçaqla hədələyib soydular



Paytaxtda quldurluq faktı qeydə alınıb.

Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan iki nəfər Bakı şəhər sakininin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturaraq Qala qəsəbəsinə gedəcəklərini bildiriblər və qəsəbə ərazisində sürücünü bıçaqla hədələyiblər.

Sürücünün 35 manat pulunu, mobil telefonunu və avtomobilinin açarlarını alıb hadisə yerini tərk ediblər.

Xəzər rayon polis idarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılıb. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarları olan çanta götürülüb.

Ümid Kərimov - Saxlanılan şəxs: "Taksi gəldi, "miqat"elədi. Saxlatdırdım, gördüm 45 yaşlı day-daydı. "Mercedes" sürürdü. Səliqəli maşın idi. Dedim, yəqin pulu olar".

Elçin Teymurov - Saxlanılan şəxs: "Balaca bıçaq Ümiddə idi. Dedik nə pul var, ver".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi aparılıb, araşdırmalar aparılır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar