Xəbər lenti
Həkim əməliyyat zamanı qadına təcavüz etdi - Şok olayın təfərrüatı - FOTO

Rusiyada yaşayan moda dizayneri Erika Bıkova estetik əməliyyat zamanı xoşagəlməz durumla qarşılaşıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı qadın narkozun təsirində olarkən həkimi Yuri Çernikov tərəfindən təcavüzə məruz qalıb.

Hadisə Samara vilayətində qeydə alınıb. Qadın narkozun təsirində olduğu üçün manyak həkimin təcavüzü qarşısında aciz qalıb və ona mane ola bilməyib.
Məsələ ilə bağlı danışan həkim bunları deyib: “Açığı, 5 dəqiqə sonra etdiyim hərəkətdən çox qorxdum. Uşaqlarım və nəvələrim ağlıma gəldi. Arvadım əsla məni bağışlamayacaqdı. Hadisədən sonra Erikadan üzr istəmişəm. Hər nə qədər ikimizin də könüllü olduğunu bilsəm də, bağışlanılmağım üçün yalvarıram. O, çarəsiz durumda deyildi”.

Təcavüzə uğrayan qadın isə qatıldığı televiziya proqramında həkimə əvvəlcə güvəndiyini bildirib: “Həyatımdakı ilk əməliyyat idi. Həkimi əməliyyatdan öncə gördüm. Əməliyyatdan əvvəlki analizlərin nəticələri haqqında danışmaq üçün otağıma gəldi. Ərim əməliyyata qarşı idi. O, yetərincə gözəl olduğuma inanırdı. Baş verən hadisə zamanı hər şeyi anlaya bilirdim. Sadəcə, göz qapaqlarımı ağır hiss edirdim və bu səbəbdən tam aça bilmirdim. Mən həkimə güvənmişdim”.
Qeyd edək ki, əməlinə görə Yuri Çernikovu 6 ilə qədər həbs gözləyir.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar