Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

14 yaşında ana oldu, ərini bıçaqlayıb həbsə düşdü - Boşanan azərbaycanlı qadının FACİƏVİ TALEYİ

Tarix: 29-08-2018 15:43     Baxış: 3226 A- / A+
14 yaşında ana oldu, ərini bıçaqlayıb həbsə düşdü - Boşanan azərbaycanlı qadının FACİƏVİ TALEYİ


Uşaqlarının gözü önündə ərini bıçaqlayan qadın avtomobil qəzasında vəfat edib.

Bununla bağlı Manevr.az açıqlama verən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, 2014-cü ildə çox böyük səs-küyə səbəb olan cinayət hadisəsi baş vermişdi: "Qadın həyat yoldaşını uşaqların gözü qarşısında bıçaqlamışdı. Kişi xəstəxanaya, qadın isə uşaqların gözü qarşısında həbs olunaraq təcridxanaya aparılmışdı. Bizim sığınacağa gətiriləndə uşaqların ən kiçiyi 10 aylıq idi. 12 yaşlı bacının qolları arasında yuxuya getsə də ağlamaqdan hələ də içini çəkirdi. Bacısının gözlərindən axan yaşın da üzünə tökülməsini görəndə bağrım yarılmışdı. Neçə gün ürək dərmanı ilə gəzdim, görüntü olaraq özümü dik tutdum, işçilər də ruha eşitdiklərindən dönmüşdülər. Reabilitasiyadan hələ söhbət gedə bilməzdi, çünki belə hadisə ilə ilk dəfəydi rastlaşmışdıq. Ata reanimasiyada canıyla əlləşirdi, qadın təcridxanada özünə qəsd etmək istədikdə qarşısını almışdılar, südəmər körpə dayanmadan ağlayırdı, 5 yaşlı qardaş hamını öldürməklə hədələyirdi, 11 və 12 yaşlı qızlar isə anamızın günahı yoxdur, günah anamın qaynanası və qaynatasında, atamın bacısındadır deyib dururdular. Hə, düz eşitdiniz. Anamın qaynanası, qaynatası və atamın bacısı. Nə nənə, nə baba, nə də bibi sözlərini eşitmirdik. 15 gündən sonra atanın vəziyyəti stabilləşməyə başladı və biz qohumlarla əlaqələrimizi qurduq".

14 yaşında ana oldu, ərini bıçaqlayıb həbsə düşdü - Boşanan azərbaycanlı qadının FACİƏVİ TALEYİ

Kəmalə Ağazadə vurğulayıb ki, o ailə deyildi: "Sadəcə dəli yığıncağı idi. Əlbəttə ki, ortada bu dəli yığıncağında "zəhərlənmiş" uşaqlar vardı. Ata tərəfdən olan kim vardısa hər biri uşaqların dili ilə desək, hamısı bu uşaqların anasına "zulum" vermişdilər. "Zulum" uşaqların lüğətlərində a hərfi yerində dururdu. Çox böyük çətinliklərdən sonra nənə, baba, bibi və digər qohumlarla görüşməyə (ancaq balacaları gəlib görməklərinə) razı saldıq qızları. Beləcə addım-addım reabilitasiyaya başladıq. 6 ay müddətində gedən işlərdən yazıb sizi yormaq fikrim yoxdur. Anaya 4 il 3 ay iş verildi. Onu da deyim ki, ata şikayət vermədi, amma qanun cinayətin cəzasız qalmamasını tələb edir. Ata xəstəxanadan çıxdı və 2 balacanı bibilər apardı. Qızlar isə 6 aydan sonra atanın yanında yaşamağa qərar verdilər. Uşaqların beyinləri "zəhərdən" təmizləndikcə dəhşətli faktlar ortaya çıxırdı. Amma bu ailə sirləri olduğu üçün deməyəcəm. Ana həbsdə olduğu müddətdə ata rəsmi qaydada boşandı və evləndi. Hə burda nə var ki, deyəcəksiniz? Evlənməliydi də! Qızlar çox sevdilər "cici" mamalarını.. Amma bu çox çəkmədi".

Kəmalə Ağazadə onu da qeyd edib ki, bir il öncə ata,"cici"mama və qızlar sığınacağa gəldilər və məsələ daha ciddi idi: "Bu dəfə "cici" mama qızların atalarından ayrılmağa qərar vermişdi. qızlar da "cici" mamayla getmək istəyirdi. Ata da gözlərini "döyməyə" davam edirdi. "Cici" mama da bundan əsəbləşib qızları sığınacaqda qoyub getməyə qərar verdi. O səhnəni daş belə görsəydi vallah ovulardı. Qızlar bir tərəfdən qadına yalvarır, ata qızlarına onunla getmələrini tələb edirdi. Qızlar mənə yalvarır ki, nə olar Kəmalə xala, de ki bizi analığımız özüylə aparsın, analıq ərini təhqir edir, ər arvadının və qızlarının üstünə bağırır, mənim göz yaşlarım isə ürəyimin içinə, ruhumun dibinə axır. Onlara çətinliklə də olsa başa saldım ki, icra hakimiyyəti qəyyumluq komissiyasının qərarına kimi atanızın yanında qalın, mənim sizi qərarsız götürməyə ixtiyarım yoxdur. Razılaşdırdıq, ata sabahı icraya gedəcəyinə söz verdi. Bir neçə gündən sonra ata telefon açıb bildirdi ki, biz uşaqlarla dil tapdıq və hər şey qaydasındadır. Bu gecə isə mənə zəng gəldi. Dedilər ki, ailədə faciə baş verib. Həbsdə olan ana bir neçə ay imiş ki, həsdən çıxıb. Anaya bir qızı və bir oğlu verilib, digər uşaqlar isə atada qalıb. Qadını bir neçə gün öncə avtomobil vurub, 4 gün komada qalıb və qadın ayılmayıb. Uşaqlar deyirlər ki, sığınacağa gedək. Faciələrin heç biri səbəbsiz baş vermir. Bütün faciələrin "kötüyü" olur. Vəfat etmiş, 4 il öncə ərini bıçaqlayan qadın ana ilk uşağını 14 yaşında dünyaya gətirmişdi. Və deyilənlərə görə, 4 il öncə ərini uşaqlarının gözü qarşısında bıçaqlayan qadının anası da neçə illər öncə övladlarının gözü qarşısında ərini öldürüb".\big.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar