Xəbər lenti
Lerikdə gənclər çayda niyə boğuldular?
Bir neçə saat əvvəl Lerik rayonunun "Hacı şəlaləsi"ndə iki azərbaycanlı oğlanın batması ilə bağlı dəhşətli kadrlar yayılıb.
Videodan görünür ki, fiziki hazırlıqlı gənc suya atılır və tez-tez üzməyə başlayır.
Ancaq bu, onda alınmır. Əlləri ilə hərəkət edən oğlan yalnız 1-2 metr üzməyə nail olur. Oğlan bütün gücü ilə yerdən özünü itələməyə çalışır ki, başı suyun üzündə qalsın. Ancaq bütün bunlar əbəsdir.
Baş verənləri görən oğlanın dostu ona kömək üçün özünü suya atır. Ancaq o, da analoji halla qarşılaşır. Hər iki şəxsin cəsədi hadisədən bir neçə saat sonra xilasedicilər tərəfindən sudan çıxarılır.
Orada nə baş verdi? Üzməyi bacaran gənclər nəyə görə suda bir neçə metr hərəkət edə bilmədilər?
İş burasındadır ki, yüksəklikdən suyun axdığı yerdə (bizim vəziyyətdə çox da hündür olmayan şəlalədən – red.) qeyri-bərabər torpaq qatı və burulğan yaranır.
Ekspertlərin fikrincə, bu səbəbdən yaxşı üzməyi bacaran şəxs belə, burulğan vaxtı çayda üzə bilməz. İnsanlar öz güclərini düzgün qiymətləndirmir, tanımadığı yerlərdə çaya daxil olur və gözlənilməz hallarla qarşılaşır.
İkinci səbəb "suvod" ola bilər
Bu, çay burulğanıdır. Bu cür burulğanlar sahilin bir hissəsinin su ilə təması zamanı baş verir. Bu cür burulğanlarda su çox sürətlə hərəkət edir. O, insanı suyun dibinə çəkmə gücünə malikdir.
Və nəhayət, üçüncü səbəb – suda müxtəlif bitkilər və yosunlar ola bilər ki, bu da insanın hərəkətinə mane olur.\oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar