Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava – 18 nəfər tutuldu

Tarix: 28-08-2018 15:48     Baxış: 3564 A- / A+
Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava – 18 nəfər tutuldu


Moskvanın Biryulevo rayonunda yol münaqişəsi 18 nəfərin tutulması, 3 nəfərin xəstəxanaya düşməsi ilə nəticələnib.

Manevr.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında “VAZ” və “Mercedes” markalı iki avtomobillərin bir-birinin yoluna çıxması nəticəsində yaranıb. Maşınlar toqquşmadan son anda yayınıb, amma sürücülər dərhal maşından çıxaraq münasibətləri ayırd etməyə başlayıblar.
Münaqişə çox sürətlə, tərəflərin bir-iki söyüş işlətməsindən sonra əlbəyaxa davaya çevrilib. Sürücülərdən biri travmatik tapançanı işə salıb, o biri yük yerindən çəkic çıxarıb. Sürücülərin davasına sərnişinlər də qarışıblar. Bu vaxt sürücülərdən birinin yaxınlıqdakı ofisdə işləyən dostları davanı görüblər və onlar da münaqişəyə qarışıblar. Dava kütləvi xarakter alıb, tapança və çəkicdən başqa beysbol dəyənəkləri, bıçaqlar və digər kəsici-deşici, küt alətlər işə düşüb. Davanın sonunda üç nəfər ağır xəsarətlərlə xəstəxanaya aparılıb, onlarda kəllə-beyin travmaları, güllə və bıçaq yaraları aşkar edilib. Polisin məlumatına görə davanın 18 iştirakçısı saxlanılıb. Saxlanılanlardan 8-i Azərbaycan, 7-i Ermənistan, 1-i Gürcüstan vətəndaşlarıdır, ikisi isə Çeçenistan sakinidir. Davanı birinci kimin başladığı araşdırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar