Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mehman Hüseynovla bağlı məhkəmədən QƏRAR

Tarix: 24-08-2018 17:19     Baxış: 3284 A- / A+
Mehman Hüseynovla bağlı məhkəmədən QƏRAR


Həbsdə olan bloqçu Mehman Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı verdiyi iddia ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu gün Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Mehman Hüseynovun iddiası təmin edilməyib.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.

O, hökmdən apelyasiya şikayəti verib, bəraət istəyib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Mehman Hüseynov Ali Məhkəməyə müraciət etsə də, onun kasasiya şikayəti də təmin edilməyib.

Mehman Hüseynov bu ilin yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.

Azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər. DİN məlumatı təkzib edib və bloqçunun böhtan atdığı barədə açıqlama yayıb.

Mehman Hüseynov 14 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar