Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toyuna iki gün qalmış qaçırılan gəlindən ŞOK XƏBƏR - TƏFƏRRÜAT

Tarix: 24-08-2018 12:25     Baxış: 3292 A- / A+
Azərbaycanda toyuna iki gün qalmış qaçırılan gəlindən ŞOK XƏBƏR - TƏFƏRRÜAT


Salyan rayonu Qaraçala qəsəbəsində toydan 2 gün əvvəl gəlin başqasına qoşulub qaçıb. Gəlin rayonun düzənlik kəndindən olub. Məlumata görə, oğlan evi gəlin gətirməyə hazırlaşarkən qızın qaçdığını öyrəniblər. Oğlan da qısa zamanda kənddə başqa bir qızla ailə qurub.

Qaraçala qəsəbə sakinlərinin publika.az-a verdiyi məlumata görə, qaçan qızla oğlan bir ildən çox nişanlı olub. Bu müddət ərzində aralarında ciddi bir narazılıq olmayıb. Artıq qız toyu da olub.

Məlumata görə, toydan iki gün əvvəl heyvankəsdi mərasimi zamanı qız qaçıb. Bu zaman isə oğlan evində artıq toya bütün hazırlıqlar başa çatıb, dəvətnamələr paylanıb, gəlinlik paltarı da hazır olub.

Oğlanın ailəsi kasıb olduğundan çəkdiyi xərcin hədər getməsini istəməyib. Ona görə də iki gün ərzində qohumlardan bir neçə qıza elçi düşüb. Onlardan biri oğlanla ailə qurmağa razı olub və toy mərasimi baş tutub.

Əldə etdiyimiz məlumata görə, qızı qaçıran şəxslə qızın ailəsi arasında ədavət olub. Belə ki, bir müddət əvvəl həmin oğlan qızın qohumlarından birini boşayıb. Aralarında ədavət olduğundan qızın toyuna iki gün qalmış onu qaçırıb. İndi qızın harada olduğu və ya həmin şəxslə öz istəyi ilə qaçdığı, yoxsa zorla qaçırıldığı bilinmir. Hazırda qızın cehizləri oğlan evində, qız üçün alınmış zinət əşyaları isə qızdadır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar