Xəbər lenti
Məktəbli qız bacısı oğlunu boğaraq öldürdü, cəsədi otaqdakı dolabda gizlətdi.
ABŞ-da məktəbli qız onunla oynamasını istəyən bacısı oğlunu öldürüb.
16 yaşlı Cenni Bansom 7 yaşlı Cordan Vonqu qətlə yetirdiyinə görə həbs olunub.
Bansomla Vonq bir yerdə yaşayırdılar.
"Rəfiqəmlə dalaşdığım üçün əhvalım pis idi. Bu zaman bacım oğlu otağıma girdi və videooyun oynamaq istədiyini dedi. Ona "yox" söylədim. Cordan da çarpayıma uzandı. Onu itələdim, üzünə şapalaq vurdum. Cordan ağlamağa başladı", - Cenni Bansom söyləyib.
Cenni əlini Cordanın üzünə qoyaraq onun ağzını və burnunu sıxıb. Boğulmağa başlayan Cordan bir neçə dəqiqə müqavimət göstərəndən sonra keçinib.
Cenni uşağın cəsədini çarpayının altına gizlədəndən sonra rəfiqəsinə zəng vurub, "Bacım oğlunu öldürdüm" deyib.
Rəfiqəsi də cəsədi adyala büküb otaqdakı dolabda gizlətməyi məsləhət görüb.
Cenni Bansom belə də edib.
6 yaşlı Cordanın meyiti ertəsi gün aşkarlanıb.\milli.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar