Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qardaşına kömək etmək istədi, qətlə yetirildi — Bakıdakı qətlin TƏFƏRRÜATI

Tarix: 16-08-2018 15:59     Baxış: 3308 A- / A+
Qardaşına kömək etmək istədi, qətlə yetirildi — Bakıdakı qətlin TƏFƏRRÜATI


Bakıda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Füzuli rayon sakini Qəribov Rauf Məhəbbət oğlunun bıçaqlanaraq qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Manevr.az xəbər verir ki, mərhumun yaxınlarının "report"a verdiyi məlumata görə, hadisə avqustun 15-də Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananın yaxınlığında qeydə alınıb.

Məlumata görə, R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun parkda olarkən naməlum şəxslərlə mübahisəsi düşüb. Həmin şəxslər F.Qəribovu döyüb, həmçinin ayaq və üz nahiyəsinə bıçaq xəsarətləri yetiriblər. F.Qəribov hadisə yerində qardaşı Rauf Qəribova zəng vuraraq onu köməyə çağırıb. Taksi fəaliyyəti ilə məşğul olan R.Qəribov hadisə yerinə gələndə, həmin şəxslər onu ürək nahiyəsindən bıçaqlayıb. O, "AzərSuTikinti" xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Firudin Qəribov isə əvvəlcə 3 saylı Şəhər Kliniki Xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.

Qəribovların yaxınları bildiriblər ki, Firudin Qəribov fiziki qüsurludur. F.Qəribov parkda olarkən tanımadığı şəxslər ona söz atıblar: "Mübahisə də buna görə düşüb. Onun özünü yaralayıblar, köməyə gələn qardaşını isə qətlə yetiriblər. Rauf Qəribov ailəlidir, bir oğlu var. Maşın almışdı, taksi fəaliyyəti ilə məşğul idi. Ailələri Füzulidən məcburi köçkün düşüb, ataları da II qrup Qarabağ əlilidir. Sakit ailədirlər".

Faktla bağlı cinayət işi başlanılıb, qətl törədən şəxslərin axtarışları davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar