Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

İntihar edəcəyini deyən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

Tarix: 15-08-2018 10:45     Baxış: 3266 A- / A+
İntihar edəcəyini deyən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi


Tanınmış jurnalist Səbuhi Məmmədli bu gün səhər saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə məlumatı jurnalistin keçmiş iş yoldaşı Fuad Cəfərov sosial şəbəkələrdə yayıb.

O, bakupost-a bildirib ki, Səbuhini ağır durumda, tam anlaqsız vəziyyətdə olduğuna görə həkimə aparıblar. İlkin müayinədən sonra isə reanimasiya şöbəsinə yerləşdirilib.

Tanınmış jurnalist bir müddətdir ki, özünün feysbuk səhifəsində intihar edəcəyi barədə statuslar paylaşırdı. Dünən də bu barədə iki post yazıb. İntihara səbəb kimi, maddi durumunu və səhhətindəki problemləri göstərib. Dostları isə problemin kökündə ziyanlı vərdişlərinin durduğunu söyləyirlər.

S.Məmmədli gənc yaşlarından Azərbaycan mətbuatının parlaq imzalarından biri olub. "525-ci qəzet”in ilk baş redaktoru olan jurnalist, sonradan "Yeni Müsavat”, "Azadlıq” qəzetlərində müxtəlif vəzifələrdə işləyib. O, son bir neçə il "APA Holding”də çalışıb. Burda fəaliyyət göstərdiyi müddətdə dünyanın ən qaynar nöqtələrində reportajları ilə diqqət mərkəzində olub.

Qeyd edək ki, Səbuhi Məmmədli bir neçə ay əvvəl isə holdinqdən uzaqlaşdırılmışdı və iş axtarırdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar