Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə nişan mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: gəlin və daha 10 nəfər...

Tarix: 13-08-2018 16:09     Baxış: 3283 A- / A+
Mingəçevirdə nişan mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: gəlin və daha 10 nəfər...


Mingəçevir şəhərində nişan mərasimində gəlin və daha 10 nəfərin zəhərlənməsinin təfərrüatı məlum olub.

Avqustun 12-də şəhərin Günəşli yaşayış massivində Araz Aşurovun həyətində qızı Xumarənin nişan mərasimi keçirilib və tədbirdə 60 nəfər iştirak edib.

Qonaqlara plov, dolma, dovğa təamları və müxtəlif salatlar təklif olunub. Müəyyən müddət sonra məclis iştirakçılarının halı pisləşib. Müxtəlif nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları ilə durumu ağır olan mərasim iştirakçıları xəstəxanaya çatdırılıb. Eyni zamanda gəlin Xumarə Aşurova da mənşəyi bəlli olmayan qidadan mədə-bağırsaq pozğunluğu keçirərək xəstəxanaya yerləşdirilib. Bundan başqa, 2001-ci il təvəllüdlü Rəna Qəzənfər qızı Aşurova sonradan xəstəxanaya aparılıb. Eyni zamanda Ağdaş rayonundan -oğlan evini təmsil edən üç qonaq evə qayıdarkən oxşar problemlə üzləşib və rayonda ev şəraitində müalicə olunublar.

Artıq xəstəxana şəraitində müalicə alan xəstələrdən 7-si mərhələli şəkildə evə buraxılıb. Yalnız 5 yaşlı Şəfa Mirzəliyevanın müalicəsi hələ də davam edir. Ağdaşdan olan digər üç zərərçəkənin də vəziyyətinin normallaşdığı bildirilir.

Qeyd edək ki, hadisədən sonra zərərçəkən şəxslərdən nümunələr götürülərək Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər laboratoriyasına təqdim olunub.\report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar