Xəbər lenti
Bakıda ona ərə gəlməyən qadını öldürən kişi həbs olundu
Avqustun 10-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.
Bu barədə Sonxeber.az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Aparılan təhqiqat nəticəsində məlum olub ki, qətl Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədib.
O, hadisə yerinə Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus "Mitsubishi" markalı avtomobildə gəlib, qətldən sonra isə həmin maşını Şağan qəsəbəsi ərazisində atıb gedib.
Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.
Görülmüş tədbirlərlə Z.Şiriyeva da saxlanılıb, onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar