Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncə hadisələrilə bağlı daha bir nəfər məhv edildi – Sumqayıtda xüsusi əməliyyat

Tarix: 11-08-2018 21:06     Baxış: 4317 A- / A+
Gəncə hadisələrilə bağlı daha bir nəfər məhv edildi


Bu ilin iyul ayının 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələrində yaxından iştirak etmiş şəxslərin hüquq mühafizə orqanları tərəfindən axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Bu vaxta kimi sözügedən cinayətdə iştirak etmiş bir neçə şəxs DİN və DTX-nın xüsusi təyinatlılarının keçirdiyi əməliyyatlar zamanı məhv edilib.

Minval.info-nun əldə etdiyi məlumata görə, bu günlərdə DİN-in xüsusi əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin ən fəal iştirakçılarından biri, təqsirləndirilən şəxs qismində axtarışda olan Gəncə şəhər sakini Rəhimov Muraz Çapay oğlunun Sumqayıt şəhərində gizləndiyi yer müəyyən edilib.

Polis əməkdaşlarının təslim olma barədə etdiyi tələbə məhəl qoymayan M.Rəhimov, əksinə, polislərə odlu silahdan atəş açaraq, müqavimət göstərib.

Xidməti silahdan istifadə edən polis əməkdaşları cavab atəşilə onu məhv ediblər.

Hadisə yerinə və meyitə baxış zamanı M.Rəhimovun üzərindən bir ədəd tapança və həmin silaha aid sursat aşkar edilərək maddi sübut kimi götürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar