Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qobustanda şahin ovlayan türkiyəli saxlanıldı

Tarix: 11-08-2018 20:50     Baxış: 4227 A- / A+
Qobustanda şahin ovlayan türkiyəli saxlanıldı



Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq hər iki nazirliyin əməkdaşları tərəfindən vətəndaşlardan daxil olmuş məlumat əsasında reyd keçirilib.


Bu barədə Ekologiya Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, reyd zamanı Qobustan rayonu Nardərən kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq şahin quşlarının tutulmasında şübhə yaradan “Niva” markalı 99 XR-136 dövlət qeydiyyat nişanlı avtomobil müşahidə olunub.

Görülən operativ tədbirlər nəticəsində həmin avtomobil saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı yük yerində Şahin quşlarının tutulmasında istifadə olunan kustar üsulla hazırlanmış 50 ədəd cələ, 7 dəstə cələ ilgəkləri, 3 ədəd şahin quşu papağı, 1 baş ev göyərçinin cəsədi aşkar edilərək maddi subut kimi götürülüb.

Araşdırma zamanı qanunsuz ov edən şəxsin Türkiyə vətəndaşı İssi Ercan Mehmet olduğu müəyyən edilərək onun barəsində protokol tərtib olunub.

İnzibati xəta törətdiyinə görə İssi Ercan Mehmet barəsində hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən zəruri tədbirlər görülür və bu istiqamətdə reydlər davam etdirilir.

Qeyd edək ki, Qobustan ərazisində brakonyerlərin Şahin quşunu ovlaması barədə məlumat ETSN-yə vətəndaşlar tərəfindən daxil olub.

Nazirlik təbiətin mühafizəsində diqqət və dəstək göstərən belə vətəndaşlara xüsusi təşəkkürünü bildirir. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar