Xəbər lenti
Gəncə hadisələrinin iştirakçısı ələ keçirildi - Ölkədən qaçmaq istəyirmiş

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkarlanması mühüm əhəmiyyət kəsb edir.
DSX-dən verilən məlumata görə, təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.
2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar