Xəbər lenti
Polis məhkəmə qərarını icra etməyən şəxsi saxladı

Bakıda məhkəmə qərarını icra etməyən şəxs saxlanılıb.
Manevr.az "Report"a istinadən xəbər verir ki, Ceyhun Elçin oğlu Mehrəliyev Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olub.
O, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulub.
Qeyd edək ki, C.Mehrəliyev Nazilə Şirinova adlı qadınla qeyri-rəsmi nikahda yaşayıb. Onların bu nikahdan bir övladları dünyaya gəlib. Sonradan C.Mehrəliyevlə N.Şirinova arasında münaqişə yaranıb. Qadın "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.
C.Mehrəliyev qeyri-rəsmi həyat yoldaşını bıçaqlayıb. Ona görə də barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar