Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 27 yaşlı qızı ikinci görüşdə zorladılar

Tarix: 22-10-2016 19:40     Baxış: 2410 A- / A+
Bakıda 27 yaşlı qızı ikinci görüşdə zorladılar

Oktyabrın 20-də Bakı sakini, 1989-cu il təvəllüdlü Q.M. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Bu barədə “Sputnik Azərbaycan” xəbər verir.

Gənc qız şikayət ərizəsində bildirib ki, oktyabrın 19-u saat 18:00 radələrində tanışı Nizami (soyadı və atasının adı istintaq maraqlarına görə açıqlanmır) onu aldadaraq Cavadxan küçəsi, ev 29, mənzil 74 ünvanına aparıb və zorlayıb.

İstintaqla məlum olub ki, Q.M. bundan əvvəl Nizami ilə bir dəfə görüşüb. İkinci görüşdə isə Nizami qıza təcavüz edib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nizami Xırdalan şəhərində saxlanılıb.

Q.M. bildirib ki, Nizaminin əvvəllər məhkum olması barədə xəbəri olmayıb. Zərər çəkən şəxsin sözlərinə görə, Nizami onu mənzilə sakit bir yerdə söhbət etmək üçün dəvət edib. Burada isə Nizami qızı öldürməklə hədələyərək onunla cinsi əlaqədə olub.

Saxlanılan şəxs barədə cinayət işi qaldırılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar