Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanlı qızla internetdə tanış oldu, Bakıya gətirdi və... – Dəhşətli cinayətdən yeni xəbər

Tarix: 04-08-2018 15:40     Baxış: 5363 A- / A+
Qazaxıstanlı qızla internetdə tanış oldu, Bakıya gətirdi və... – Dəhşətli cinayətdən yeni xəbər

Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilməsi ilə bağlı Sabunçu rayon Prokurorluğunda istintaq davam edir.

Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yolçu Adışirin oğlu Yusubovun Bakıya gətirdiyi 1985-ci il təvəllüdlü Atsubayeva Ayqul Almaz qızını qətlə yetirib.

Daha sonra Yolçu Yusubov intihar edib.

Bu qətl olayı ilə bağlı aparılan araşdırmalar zamanı daha bir nəfər həbs edilib. Bu, Yolçu Yusubovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanovdur.

Famil Qasımov Yolçu Yusubovun törətdiyi ağır cinayəti bilib və hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir.

Məlum olub ki, 3 uşaq atası olan Yolçu Yusubov qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib.

Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi Ayqulu boğaraq öldürüb. Daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib.

Famil Osmanov yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb, buna görə polisə məlumat verməyib.

İstintaq orqanı tərəfindən Famil Osmanovun barəsində Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham elan edilib.

Yolçu Yusubov intihar edərək özünü öldürsə də, onun barəsində prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Bu cinayət işi üzrə istintaq hərəkətləri bir müddət əvvəl Sabunçu rayon Prokurorluğunda başlanıb. Bu günlərdə müstəntiq əlavə istintaq hərəkətlərinin aparılması üçün cinayət işi üzrə istintaqın müddətinin uzadılması barədə Sabunçu rayon Məhkəməsinə təqdimat verib.

Hakim Ziya Şirinovun sədrlik etdiyi prosesdə müstəntiqin təqdimatı təmin edilib.

Əlavə istintaq hərəkətlərinin aparılması üçün cinayət işi üzrə istintaqın müddətinin daha 2 ay uzadılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, istintaq hərəkətləri tam başa çatdıqdan sonra iş materialları araşdırılması üçün məhkəməyə göndəriləcək. O zaman Yolçu Yusubovun ölümü ilə bağlı cinayət işinə xitam verilməsi məsələsinə baxıla bilər.

Hazırda istintaq hərəkətləri davam edir. /Publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar